YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Xaricdə təhsil üzrə Dövlət Proqramı Azərbaycanı yüksək ixtisaslı kadrlara olan ehtiyacını ödəmək üçün nəzərdə tutulub

«Xaricdə təhsil üzrə Dövlət Proqramı orta müddətli təsdiqlənən, Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını ödəmək üçün nəzərdə tutulub». Bu fikri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

C,Bayramov bildirib ki, uzun müddətli perspektivə gəldincə, ötən ilin oktyabr ayında ölkə başçısı tərəfindən təsdiq edilən Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da əks olduğu kimi Azərbaycanın təhsil sahəsində aparılan islahatlarda aparıcı beynəlxalq təcrübəyə yiyələnmək, bundan istifadə etmək vacib amil hesab olunur. Onun sözlərinə görə,  Nəinki ali təhsil, təhsilin digər sahələri üzrə əməkdaşlıq bizim üçün çox önəmlidir.

«2007/2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniya universitetləri Azərbaycan tələbləri tərəfindən əsas seçilmiş 3 istiqamətdən biridir. Dövlət Proqramı çərçivəsində qeyd olunan illərdə 676 azərbaycanlı tələbə Böyük Britaniya universitetlərini seçiblər: «Onlardan 414-ü hazırda təhsillərini davam edir. 237 nəfər isə artıq təhsilini başa çatdırıb. 2013/2014-cü tədris illəri üçün 257 azərbaycanlı tələbə Britaniya universitetlərindən dövlət proqramı çərçivəsində təhsil almağa gedib»- deyə, nazir müavini vurğulayıb.