YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Minsk qrupunun həmsədrləri yalnız bəyanat verməklə kifayətlənməməlidir

«ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız bəyanat verməklə kifayətlənməməlidir». Bu fikri yap.org.az saytına Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, son vaxtlar cəbhə xəttində gərginliyin artması Ermənistan tərəfinin təxribatıdır. Onun sözlərinə görə, işğalçı dövlət belə təxribatlarla sülh danışıqlarını pozmaqla məşğuldur.

«Həmsədrlər isə öz bəyanatlarında tərəfləri gərginliyi azaltmağa, atəşkəsə əməl etməyə çağırmaqla kifayətlənməməlidir. Nə qədər ki, təcavüzkar Ermənistana qarşı beynəlxalq hüquq çərçivəsində tədbirlər görülməyib, bu siyasətini davam etdirəcək. Ona görə də, beynəlxalq təşkilatlar, həmsədr dövlətlər işğalçıya qarşı ciddi tədbirlər görməlidir. Amma görünən odur ki, bu dövlətlər Ermənistana hər hansı təziyq göstərmək niyyətində deyil. Belə davam etsə, Azərbaycan yalnız öz gücünə arxalanmalı olacaq. Dövlətimiz torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq və ərazi bütövlüyümüzü təmin edəcək»- deyə, E.İbrahimov vurğulayıb.