YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn tədbir keçirib. Tədbir soyqırım qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Ermənistanın tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin dəhşətli nəticələrindən danışıb. O, ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. İ.İlyasov Ermənistanın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının önəmini vurğulayıb.

İ.İlyasov bildirib ki, ermənilərin müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdikləri kütləvi qətllər əvvəlcədən düşünülüb və planlaşdrıldırılıb. Məqsəd azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. Məhz bu siyasətin nəticəsi olaraq ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl soyqırımı, etnik təmizləmə nəticəsində minlərlə insan məhv edilib, evindən-obasından didərgin salınıb. Rəsmi məlumatlara əsasən, 1918-ci il mart ayının son günlərində ermənilər Azərbaycanda ümumilikdə əlli minə yaxın insanı xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qətliamlar eynilə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər ərazilərdə də həyata keçirilib. Erməni quldur dəstələri insanlara qarşı vəhşiliklər etməklə kifayətlənməyərək, bu torpaqlarda tarixi, mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandırıb, memarlıq incisi sayılan binaları yerlə-yeksan edib. Fövqəladə İstintaq Komissiyasının hesabatına görə, üç gün - 30 mart-1 aprel tarixlərində Bakıda 12 min nəfər azərbaycanlı vəhşicəsinə öldürülüb, Şamaxı qəzasının 72 kəndi dağıdılıb, 8 min nəfərə qədər azərbaycanlı məhv edilib. S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi Hamazaspın rəhbərliyi ilə erməni quldur cəza dəstəsi Quba qəzasında qırğın törədərək 122 müsəlman kəndini dağıdıb, yüzlərlə azərbaycanlını və digər xalqların nümayəndələrini xüsusi amansızlıqla qətlə yetirib.

   Azərbaycanlılara qarşı törədilmiş soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdıran təşkilat sədri öz torpaqlarından qovularaq qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, rəşadətli ordumuzun qazandıgı qələbə sayəsində tezliklə “Böyük Qayıdış” la doğma yurd-yuvalarına qayıdacaqlarını bildirib.

  Tədbirdə çıxış edən YAP fəalları,ziyalılar soyqırım faktını pisləyərək qeyd ediblər ki, Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək tarixi qələbəyə imza atmaq cənab Prezident  İlham Əliyev kimi sərkərdəyə, müdrük dövlət xadiminə xas olan liderlik qabiliyyətidir.