YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bu günki inkişafı güclü dövlətçilik ənənələrinə əsaslanır

Akif Kazımov

Biləsuvar rayon Ağsaqqallar Şurasının üzvü

Məlum olduğu kimi 05 mart 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının VII qurultayı oldu. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları geniş nitq söyləmişdir. İlham Əliyev cənabları son 17 il ərzində respublika iqtisadiyyatında,hərbi quruculuq işində və digər sahələrdə qazanılmış nəaliyyətlərdən bəhs etmişdir. Məhz  keçən dövr ərzində əldə olunmuş uğurların sayəsində  ikinci Qarabağ müharibəsində Ermənistan üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının və Yeni Azərbaycan Partiyasının rolundan bəhs etmişdir. Bütün bunlarla yanaşı birinci Qarabağ müharibəsi dövründə ölkədə  fəaliyyət göstərən AXCP-Müsavat iqtidarı zamanı yol verilən uğursuzluqlar təhlil olunmuşdur. AXCP Müsavat cütlüyü yarandığı ilk dövrdən başlayaraq ölkədə pozuculuq işləri ilə məşğul olmuş, hakimiyyət orqanlarının normal işləməsinə daimi maneçilik törətmişlər.Azərbaycana düşmən olan xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən idarə olunan və maliyyələşdirilən bu qurum dövlət çevrilişi yolu ilə qanunsuz olaraq hakimiyyətə gəlmişdir. AXCP Müsavat cütlüyünün səriştəsizliyi. Bacarıqsızlığı nəticəsində ölkədə bütün sahələr üzrə böhran əmələ gələrək hərc-mərclik və xaos yaranmışdır. Çayxana və pivəxanalarda səfil həyat tərzi şəraitində tərbiyyə almış bu antipotlar  siyasətdən, iqtisadiyyatdan  və dövlət quruculuğundan heç bir anlayışı olmadığı  üçün ordu quruculuğunda da heç bir iş görə bilməmişdilər. Bundan istifadə edən Ermənistan Azərbaycanın torpaqlarını işğal etməyə başladılar. İnteleuktual səviyyələri aşağı olan və heç bir idarəetmə təcrübəsi və səriştəsi olmayan  bu bacarıqsız yığıntı hər şeyi məhv edirdi. Özlərinin təxribatçı bəyanatları ilə qonşu ölkələrlə, dostluq münasibətlərini korlamışdılar. İran və Rusiya kimi qüdrətli və güclü dövlətlərə qarşı təxribat xarakterli  əsassiz  iddialar irəli sürürdülər. Kadr potensialı olmadığına görə mühim vəzifələrə təsadüfi, səriştəsiz, bacarıqsız adamlar təyin olunurdu. Məsələn Xarici İşlər və Müdafiə Naziri kimi mühim sahələrə  bu barədə elementar səriştəsi, təsəvvürü və anlayışı olmayan adamlar təyin olunmuşdur. Rayonlara təyin olunan rəhbər kadrlar ümumiyyətlə təsadüfi insanlardan seçilirdi. Hakimiyyətdə işləyən rəhbər işçilər arasında korrupsiya halları görünməz dərəcədə yayılmışdır. Hətta şapka anlayışı da  xalq cəbhəsinin icad etdiyi korrupsiya termininə çevrilmişdir. Hər bir işin müqabilində  şapka tələb olunurdu.Xarici dövlətlərlə görüşlər zamanı özlərini idarə edə bilmirdilər. Protokol qaydalarının nə olduğunu dərk etmirdilər və gülüş obyektinə çevrilirdilər. Ona görə də əhali arasında günü-gündən nüfuzlarını itirirdilər.Hərc-mərclik və anarxiya baş alıb gedirdi.Hətta özləri bir-birlərini eşitmir və qəbul etmirdilər.İş o yerə çatmışdır ki,ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdır. Ölkə Prezidenti özü şəxsən dəfələrlə etiraf edirdi ki,onun komandası öz şəxsi mənafeyləri üçün işləyirlər və ölkə iqtisadiyyatını hərraca qoyublar. Mən o dövrədə Biləsuvar rayon kənd təsərrüfatı idarəsinin rəisi və rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində işləyirdim və dəfələrlə Prezident  Əbülfəz Elçibəyin keçirdiyi müşavirələrdə iştirak etmişdim. Müşavirələrdə Prezident yığıncağı idarə edə bilmirdi, kim nə istəyirdi onu da edirdi. Heç kəs Prezidenti eşitmirdi.Prezident qışqıraraq deyirdi ki, nə üçün  ölkəni yeyib dağıdırsınız. Xalq cəbhəsinin ən fəal üzvlərindən olan Ə.Hümbətov  cənub-muğan respublikasının  yaratdığını elan etmişdir. Respublikanın başqa bölgələrində separatçı meyllər baş alıb gedirdi. Hamı başını itirmişdi. Gəncə hadisələrində öz xalqına qarşı  silah işlətməkdən belə çəkinmirdilər. Vətəndaş müharibəsi demək olar ki, labüd idi. Bütün bu hərc-mərclik  və qarşıdurmanın, xaosun baş alıb getdiyi bir zamanda  bunun qarşısını almaq əvəzinə ölkə Prezidenti fərarilik edərək paytaxtdan qaçmalı olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin müdrikliyi və qəti tədbirləri nəticəsində vətəndaş müharibəsinin qarşısı alınmış, separatçı qüvvələr neytrallaşdırılmış və  özbaşnalıqlara son qoyulmuş, hərc-mərcliyin qarşısı alınmışdır.