YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı İdarə Heyətinin onlayn formatda iclası keçirilib. İclasda İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.

İclası rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq gündəlikdəki məsələlər barədə məlumat verib və Yeni Azərbaycan Partiyasının mart ayının 5-də keçirilmiş VII qurultayı, qurultayın keçirilməsini zəruri edən səbəblər və qurultayın qəbul etdiyi qərarlar barədə danışıb.

Sonra F.Vəliyev qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ilə əlaqədar görüləcək işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib.

İclasda gündəlikdəki məsələlər İdarə Heyətinin üzvləri tərəfindən geniş müzakirə olunub, rəy və təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul olunub.