YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lerik rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının fəallarının şəhid ailələri ilə görüşləri davam edir.

Növbəti görüş Vətən uğrunda şəhid Tağıyev Ramiq Teymur oğlu, Abbasov Murtuz Çingiz oğlu, Dənziyev Orxan Mübariz oğlunun ailələri ziyarət olunub. Şəhid ailələrinə başsağlığı verən rayon təşkilatının sədri Cəlil Baxşıyev şəhidlərimizin qanının yerdə qalmadığını və onların əziz xatirələrinin daim uca tutulacağını deyib.

Görüş zamanı şəhid ailələrinin üzvləri ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.