YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Co Baydenin təbrik məktubu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz Bayramı münasibəti ilə təbrik məktubu göndərməsi Azərbaycanın beynəlxalq aləmdə durmadan artan nüfuzundan xəbər verir. Məktubda göstərilir ki, ABŞ təhlükəsizliklə bağlı ümumi narahatlıq və regional barşıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. Dinc və firavan gələcək naminə Ermənistan və Azərbaycan arasında barşığın təşviq olunmasına sadiq qalacaqdır. Amerika administrasiyası həmçinin Azərbaycan iqtisadiyyatının şaxələnməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı siyasətinin dəstəkləndirildiyini bildirir. ABŞ Azərbaycanla iqtisadi əməkdaşlıq sahəsində yeni imkanları nəzərdən keçirtmək arzusundadır”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidentinə göndərilən bu təbrik məktubu cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi böyük uğurlarından, durmadan artan nüfuzundan xəbər verir. Cənab Prezident tərəfindən çox dəqiqliklə müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış xarici və daxili siyasət nəticəsində Azərbaycan ABŞ başda olmaqla dünyanın aparıcı dövlətləri ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirərək ən yüksək səviyyəyə çatdırmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət 44 günlük Vətən müharibəsində Ermənistan üzərində əldə olunan tam və qəti qələbənin təmin olunmasında əsas amillərdən biri olmuşdur. Azərbaycanın bu şanlı qələbəsi yeni reallıqları yaratdı və ABŞ-ın Administrasiyası bu yeni rallıqları görür və qiymətləndirir.

Millət vəkili qeyd edib ki, Prezident Co Baydenin məktubu ABŞ-ın yeni Administrasiyasının ölkəmizlə əməkdaşlığın daha da inkişaf etdirilməsində, bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, Amerika-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. ABŞ Azərbaycanı güclü, hərtərəfli, dinamik inkişaf edən, regionda sabitliyə və təhlükəsizliyə, Azərbaycanın enerji təhlükəsizliyinə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən bir ölkə kimi qiymətləndirir.