YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Martın 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Fatoş Hande Harmancı ilə görüşüb.

Komitədən bildirilib ki, görüşdə Dövlət Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.