YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının nümayəndələri Novuz bayramı ərəfəsində humanitar aksiyaları davam etdirir

YAP Qusar rayon təşkilatının aparat rəhbəri Kamil Sultanov və təşkilatın idarə heyətinin üzvü Məzahir Əzizov 18 mart tarixində Vətən müharibəsinin şəhidi Şirinov Vüsal Novruz oğlunun ailəsini yaşadıqları Ləgərqışlaq kəndində ziyarət ediblər.

Ziyarət zamanı ailənin qayğıları, problemləri ilə öyrənilib. Təşkilatın nümayəndələri şəhid ailəsini narahat edən problemlərin həlli üçün lazımı köməklik göstəriləcəyini bildiriblər.

Qeyd edək ki, torpaqlarımızın düşmən tapdağından azad edilməsi zamanı şücaət göstərmiş Azərbaycan Ordusunun əsgəri Vüsal Şirinov, "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid ailəsinə Novruz bayramı sovqatları təqdim edilib.