YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycanlılar ermənilərdən fərqli olaraq sülhsevər, humanist, bəşəri dəyərlərə önəm verən xalqdır

“Martın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə növbəti dəfə səfər etdi. Səfər çərçivəsində Prezident daha iki - Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoydu. Dövlətimizin başçısı Azərbaycanın qədim yaşayış məskəni olan Azıx, Tuğ və digər qədim kəndlərimizdə oldu, Xocavənd rayonunda üçrəngli bayrağımızı dalğalandırdı. Ölkəmizin başçısı səfər zamanı Hadrut qəsəbəsinin işğaldan azad olunması haqqında geniş məlumat verdi və qeyd etdi ki, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi bir sıra səbəblərdən xüsusi əhəmiyyət kəsb edirdi. Çünki Hadrutun azad edilməsi hərbi əməliyyatların davam etdirilməsi və digər ərazilərin işğaldan azad edilməsində mühüm rol oynayırdı”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, məhz bu qəsəbənin azad edilməsindən sonra Şuşanın azad edilməsinə əlverişli şərait yaranırdı. Məlum olduğu kimi, Hadrut qəsəbəsində ermənilər məskunlaşmışdılar və hərbi əməliyyatlar zamanı orada mülkü əhali var idi. Lakin Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən, Azərbaycan Ordusu erməni faşistlərindən fərqli olaraq mülkü şəxslərə və obyektlərə qarşı bir güllə belə atmadı. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar tamamilə müharibə qaydaları əsasında həyata keçirilirdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya hərb tarixində yeni bir mərhələ hesab edilir. Çünki Azərbaycan Ordusunun hədəfi yalnız hərbi birləşmələr idi.

Cavid Osmanov diqqətə çatdırıb ki, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi zamanı mülkü əhaliyə qarşı heç bir güllə atılmaması azərbaycanlıların mənəvi kodeksinin göstəricilərindəndir. Baxmayaraq ki, biz azərbaycanlılar zamanla ermənilər tərəfindən dəfələrlə soyqırımı və terrora məruz qalmışıq: “Yaxın tariximizə nəzər salsaq, biz bir daha həmin hadisələri xatırlamış olarıq. 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə isə Başlıbeldə azərbaycanlılara qarşı erməni silahlı birləşmələrinin törətdikləri qanlı cinayətləri heç zaman unutmayacağıq. Elə 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında ağır məğlubiyyətə uğradıqlarını görən Ermənistan siyasi-hərbi rəhbərliyi dəfələrlə müharibə cinayətləri törətdilər. Hərbi əməliyyatlar zonasından kilometrlərlə uzaq olan Gəncə, Bərdə, Tərtər və digər yerlərdə mülkü əhalinin sıx yaşadıqları əraziləri qadağan olunmuş raketlərlə vuraraq qanlı cinayət törətdilər. Ancaq Azərbaycan tərəfi Ermənistanın bu terrorunun qisasını döyüş meydanında aldı”.

Deputat vurğulayıb ki, azərbaycanlılar ermənilərdən fərqli olaraq sülhsevər, humanist, bəşəri dəyərlərə önəm verən xalqdır. Vətən müharibəsi zamanı Azərbaycan tərəfi hərbi əsrlərə qarşı da humanist və qaydalara uyğun davranırdı. Heç müharibə bitməmiş elə Hadrut qəsəbəsində ermənilərin qoyub qaçdıqları yaşlı 2 şəxs Azərbaycan tərəfindən Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıldı. Hətta həmin şəxslərdən biri xəstə olduğu üçün Ermənistan onu qəbul etmədi. Təsəvvür edirsiniz? Bir dövlət xəstə olduğu üçün öz vətəndaşından imtina edir. Erməni xisləti işğalçılıq, cinayətkarlıq kimi xüsusiyyətlərdən ibarətdir.

C.Osmanov Ermənistan rəhbərliyinin 44 günlük hərbi əməliyyatlar zamanı öz xalqına düzgün məlumat vermədiklərini bildirib: “Onlar hadisələrin gedişatını təhrif edərək öz insanlarına çatdırırdılar. Elə Hadrut qəsəbəsi ilə bağlı məlumatları götürək. Azərbaycan Ordusu Hadrutu işğaldan azad etmişdi və rəsmi olaraq Azərbaycan ictimaiyyətinə bu qəsəbənin azad edilməsi haqqında məlumat verilmişdi. Lakin Ermənistan tərəfi hələ də dezinformasiyalar yayır, Hadrutun onların nəzarətində olduğunu deyirdilər. Az öncə də qeyd etdiyim kimi necə ola bilər bir dövlət öz vətəndaşından imtina etsin, eyni zamanda, öz insanlarına yalan məlumatlar versin. Bu kimi hallar dövlət anlayışı ilə bir araya sığan məsələlər deyil. Elə bu kimi səbəblərdən uzun zamandır ki, erməni cəmiyyətinə boş və əsassız iddialar təlqin edilmişdi. Ancaq Azərbaycanın dəmir yumruğu cəmi 44 günə bu xülyaları alt-üst etdi. Dəmir yumruğun təsirindən Ermənistan hələ uzun zaman özünə gələ bilməyəcək”.