YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının üzvləri Novruz bayramı ərəfəsində şəhid ailələri və qaziləri ziyarət etmişlər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan şəhid ailələrini və qaziləri diqqətdə saxlayr. YAP  Suraxanı rayon təşkilatının rəhbərliyi və Gənclər Birliyinin fəalları karantin qaydaları çərçivəsində Bülbülə qəsəbə sakini, Vətən Müharibəsi iştirakçısı Mustafazadə Ramazan İntiqam oğlunun və Yeni Suraxanı qəsəbə sakini olmuş şəhid Şahbazov Elnur Qədir oğlunun ailəsini ziyarət etmişlər.

 Şəhid Elnur Şahbazovun atası Qədir Şahbazov dövlətimizin qayğısından söz açaraq demişdir ki, şəhid ailəsi kimi bütün qayğıları daim müvafiq qurumlar tərəfindən diqqətdə saxlanılaraq öz həllini tapır. Hər yerdə özlərinə qarşı böyük hörmət, ehtiram görürlər. Şəhid atası olmaqdan qürur hissi keçirdiyini bildirən Qədir Şahbazov demişdir ki, vətən uğrunda şəhid olmasan vətən azad olmaz. Şəhid atası “təki vətən sağ olsun” deyərək oğlunun şəhidliyi ilə fəxr etdiyini bildirmişdir.

Qazimiz Mustafazadə Ramazan İntiqam oğlu da ona göstərilən diqqətdən razılıq edərək demişdir ki, dövlət və vətəndaşların qayğısını hiss etmək onun yaralarının sağalmasına mənəvi dəstək olur. Son günlər səhhətində yaranmış problemlərdən söhbət açan Ramazanın səhhəti müzakirə olunmuş, Vüqar Seyidovun tapşırığı əsasında onun müalicəsi təşkilat tərəfindən nəzarətə götürülmüşdür.

Hər iki görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə etmişdir. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirmişdir. Bu müqqədəs işdə cənab Prezident İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini vurğulayan təşkilat sədri hər iki ailənin qarşıdan gələn Novruz bayramını təbrik etmişdir.