YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında Vətən müharibəsinə həsr edilmiş “Tariximizin şanlı Zəfər salnaməsi” adlı foto - kompozisiya təşkil olunub

Martın 17-də  Yeni Azərbaycan Partiyası (YAP)  Nəsimi rayon təşkilatının təşəbbüsü ilə  karantin qaydalarına əməl etməklə təşkilatın  binasında  rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib. Əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı  açaraq dövlətimiz tərəfindən müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzün təmin edilməsi, qorunub saxlanmasında, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarımızın xatirəsinə dərin ehtiram göstərildiyini vurğulayıb. M.İbrahimqızı 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, cənab Prezident  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı misilsiz zəfərin və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış şücaətinin milli qürur olduğunu qeyd edib. Onun szlərinə görə,  Azərbaycan Prezidenti cənab İlham Əliyevin  dəfələrlə qeyd etdiyi kimi torpaqlarımızın erməni işğalından azad edilməsində həyatını itirən şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin rəşadət və qəhrəmanlıq salnaməsi Azərbaycan xalqı var olduqca əbədi yaşayacaq. O cümlədən, bu qəhrəmanlarımıza daim ehtiramla yanaşması bizim hər birimizin borcudur.

Millət vəkili söyləyib ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə yüksək dövlət qayğısı göstərilir. Onun sözlərinə görə,  Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Tədbirdə iştirak edən  şəhid ailələrinin üzvləri çıxış edərək onlara daim dövlət qayğısı göstərən  Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Şəhid ailələri həmçinin, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini də səsləndiriblər.

Görüş çərçivəsində YAP Nəsimi rayon təşkilatının qərargahında 44 günlük Vətən müharibəsini və bu müharibədə qazanılan möhtəşəm Zəfəri əks etdirən “Tariximizin şanlı Zəfər Salnaməsi” adlı foto- kompazisiya açılıb. Kompozisiyada ayrıca olaraq,  “Şəhidlər Ölməz, Vətən Bölünməz” və “Müzəffər Ali Baş Komandan” foto-stendləri də təşkil olunub.

Görüş iştirakçıları təşkil edilmiş foto kompozisiya və stendlərlə tanış olublar.