YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycandakı siyasi partiyaların rəhbərləri və bir sıra politoloqlar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizdəki siyasi partiyaların rəhbərləri və bir sıra politoloqlar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər. Onları Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.

Siyasi partiya rəhbərləri və politoloqlar əvvəlcə rayonun Yuxarı Qərvənd kəndində Kümbəz restoranının hazırkı vəziyyəti ilə tanış olub, Uzundərə ərazisində yerləşən, işğal zamanı erməni vandallarının dağıtdıqları İkinci Şəhidlər xiyabanının dağıntılarına baxıblar. Bildirilib ki, vaxtilə burada 1000-dən çox şəhid dəfn edilib. Lakin indi həmin məzarlıqdan əsər-əlamət qalmayıb.

Yolboyu hərbi istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib.

Qeyd edək ki, Ağdam rayonu üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 20-də Ermənistan tərəfindən Azərbaycana təhvil verilib.

Səfər davam edir.