YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fazil Məmmədov: Avropa Oyunları ilə bağlı Vergilər Nazirliyi tədbirlər planı hazırlayıb

İyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Vergilər Nazirliyi tədbirlər planı hazırlayıb.
Bunu jurnalistlərə müsahibəsində vergilər naziri Fazil Məmmədov deyib.
Nazir bildirib ki, Mərkəzi Bank başda olmaqla, müvafiq nazirliklərlə birgə bu istiqamətdə konkret tədbirlər həyata keçirilir. Belə ki, əgər 2013-cü ilin yekunlarına görə post terminalların sayı 38 min idi isə, artıq bu gün respublikada 82 min quraşdırılmış və aktiv fəaliyyətdə olan post terminal var. Avropa Oyunlarınadək isə onların sayının 95 minə çatdırılması planlaşdırılır.