YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Cəlilabad rayon təşkilatının fəalları bu gün  “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Qarğılı kəndində şəhid Mirzəyev Kamran Araz oğlu və şəhərin Cavadxan küçəsində şəhid Əliyev Camal Mehman oğlunun ailə üzvlərini ziyarət ediblər.

Təşkilatın nümayəndələri  ailələrin qayğıları, problemləri ilə maraqlanıb və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildiriblər. Eyni zamanda, Novruz sovqatları ilə qarşıdan gələn bayramlarını təbrik ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.