YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, biz müstəqillik illəri ərzində Azərbaycanı güclü, çiçəklənən və davamlı inkişaf edən ölkəyə çevirməyə nail olmuşuq

«Cənubi Qafqaz regionu böyük geosiyasi əhəmiyyətə və inkişaf potensialına malikdir. Bəziləri məhz Azərbaycanın təşəbbüsü ilə başlanmış enerji, nəqliyyat layihələri və digər transmilli layihələr regionun firavanlaşması üçün əlverişli zəmin yaradıb. Lakin həll edilməmiş ərazi münaqişələri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya, Rusiya-Ukrayna münaqişələri və digərləri sabitliyin pozulmasına şərait yaradır və onlar regional təhlükəsizlik üçün bilavasitə təhdid mənbəyidir». Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Forum Daily” amerikan-yəhudi qəzetinə müsahibəsində bildirib.

Əli Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilib, bu təcavüz nəticəsində bir milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, öz yurdlarında qırğına məruz qalıb. Onun sözlərinə görə, separatçılar tərəfindən ələ keçirilmiş, hazırda nəzarətsiz qalan ərazilər, o cümlədən Dağlıq Qarabağda və onun ətrafında “boz zonalar” deyilən ərazilər beynəlxalq terrorizmin, narkobiznesin, qanunsuz silah alverinin və başqa əməllərin geniş yayılması üçün ideal yerdir.

«Əlbəttə, qonşu ölkələrin də buna oxşar vəziyyətlə üzləşməsi faktını nəzərə alsaq, möhkəm regional təhlükəsizlik və regional sabitlik barədə danışmaq xeyli çətindir. Mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, biz müstəqillik illəri ərzində Azərbaycanı güclü, çiçəklənən və davamlı inkişaf edən ölkəyə çevirməyə nail olmuşuq. Dünyada səngimək bilməyən qarşıdurmalar, radikalizmin güclənməsi və dini dözümsüzlük fonunda beynəlxalq birlik müasir və güclü Azərbaycanın timsalında bir sıra ölkələr üçün həqiqətən real nümunə müşahidə edir.