YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə və Təbriz qardaşlaşdılar

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri ilə Azərbaycan Respublikasının Gəncə şəhəri qardaş şəhərlər elan olundu. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Təbriz şəhərinin meri Sadiq Nəcəfi və Gəncənin icra başçısı Elmar Vəliyevin arasında imzalanan sənədə əsasən, bundan sonra Təbriz və Gəncə arasında mədəni və digər sahələrdə əlaqələr inkişaf edəcək.

Görüşdə S.Nəcəfi bildirib ki, Gəncə şairi Nizami Gəncəvinin fars dilində ədəbi irsi İran ədəbiyyatı üçün böyük töhfədir.

E.Vəliyev isə çıxışında bildirib ki, yaxın gələcəkdə Gəncədə parklardan birinə Təbriz adı veriləcək.