YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində çıxışı zamanı qeyd etmişdir ki, bu münaqişə digər vacib beynəlxalq hadisələrin kölgəsində qalmışdır. Dövlət başçımız bildirmişdir ki,  Ukrayna məsələsi bu münaqişəyə müəyyən diqqəti cəlb etdi. Hesab edirəm ki, Ukrayna məsələsindən çıxarılan dərslər çox diqqətlə öyrənilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi. Çünki burada eyni ssenari - ərazi bütövlüyünün eyni qaydada pozulması, eyni nəticə, işğal, separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki əksidir. Ona görə də biz beynəlxalq ictimaiyyətdən, dünyanın aparıcı ölkələrindən eyni yanaşmanı gözləyirik. Bizə gəldikdə, postsovet məkanının digər münaqişələrindən fərqli olaraq BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə var. Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki, həmin qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət etmirlər.