YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın turizm potensialı mart ayında iki beynəlxalq turizm sərgisində nümayiş olunacaq

Mədəniyyət və Turizm Nazirliyi martın 4-dən 8-dək Berlin şəhərində keçiriləcək “İTB Berlin 2015” Beynəlxalq turizm sərgilərində iştirak edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ölkəmiz, həmçinin martın 18-dən 21-dək Moskvada reallaşacaq “MİTT 2015” sərgisində təmsil olunacaq.
Bu sərgilərə nazirliyin əməkdaşları ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu və ümumilikdə 30 turizm şirkəti və 5 mehmanxananın təmsilçiləri qatılacaqlar.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 2002-ci ildən “MİTT”, 2004-cü ildən etibarən isə “İTB Berlin” Beynəlxalq turizm sərgilərində iştirak edir.