YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Mahiyyətsiz bəyanatların heç bir nəticəsi yoxdur

«Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq işğal etdiyi Azərbaycan ərazindən qoşunlarını çıxarmalıdır». Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistanın işğalçı siyasətinə son qoyulduqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər. Onun sözlərinə görə, mahiyyətsiz, boş və demaqoqiya xarakterli bəyanatların heç bir nəticəsi yoxdur.

«Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək ən tez zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır»- deyə, H.Hacıyev vurğulayıb.