YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsinə abidəni ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Xocalı qətliamının 29-cu ildönümü münasibətilə fevralın 26-da faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Gənclər Xocalı prospekti boyunca yürüş edərək Xocalıda şəhid olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq şəhidlərimizin ruhları qarşısında baş əyiblər.