YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamağa çağırır

Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın işğalçı silahlı qüvvələri yalnız Azərbaycanın işğal altındakı ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın şərhlərinə cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, mahiyyətsiz, boş və demaqogiya xarakterli bəyanatlar vermək əvəzinə Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.