YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Millət vəkili Naqif Həmzəyev şəhid Asəf Maşıyevin ailəsi ilə görüşüb

“Şəhidlik zirvəsinə yüksələn, tarix yazan qəhrəmanlarımızın ailələrinə dəstək olmaq hər birimizin mənəvi borcudur” deyən Milli Məclisin deputatı Naqif Həmzəyev şəhid Asəf Maşıyevin ailə üzvləri ilə görüşüb.

Səmimi keçən söhbət zamanı şəhid mayor Asəf Maşıyevlə bağlı ailənin xatirələri dinlənilib, şəhidimizin ailəsinin, Azərbaycan xalqına əmanət qalan üç məktəbli övladının qayğıları ilə maraqlanılıb, problemləri ilə bağlı aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Asəf Maşıyev İkinci Qarabağ müharibəsi başlayanda mayor rütbəsi ilə kəşfiyyat bölüyünə komandirlik edib və bir sıra nöqtələrdə döyüşüb. Asəf Maşıyev Murov istiqamətində gedən döyüşlərdə itkin düşüb. 72 gün sonra yaxınları onun şəhid olması xəbərini alıb.

Şəhid Asəf Maşıyev xidmətinə görə bir sıra fəxri fərmanlar, orden və medallarla təltif olunub. Hərbiçi kimi son mükafatı isə “Vətən uğrunda” medalı olub.