YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: İnanırıq ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları Avropa olimpiya tarixinə qızıl hərflərlə yazılacaq

«Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, dövlət rəhbərliyi səviyyəsində mötəbər idman tədbirinə hazırlıq məsələləri daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, dünyanın idman ictimaiyyətinin nümayəndələri də Azərbaycanın bu məsələyə verdiyi önəmi yüksək qiymətləndirirlər.

«Bilirsiniz ki, Bakıda Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının V iclası keçirilib. İclasda Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası  «Bakı-2015» birinci Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki dəfələrlə ölkəmizdə idmanın inkişafı, bu sahəyə diqqəti təqdir edib. Hazırda «Bakı-2015» ilk Avropa Oyunları Təşkilat Komitəsinin  sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu möhtəşəm idman tədbirinə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. İnanırıq ki, Azərbaycanda keçiriləcək bu tədbir Avropa olimpiya tarixinə qızıl hərflərlə yazılacaq»- deyə, R.Əliyev qeyd edib.