YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar təşkilatının nümayəndələri şəhid Ramil Balabəyovun məzarını ziyarət ediblər

YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid Balabəyov Ramil Ruslan oğlunun rayon Şəhidlər Xiyabanındakı məzarını ailə üzvləri ilə birlikdə ziyarət ediblər.

Qeyd edək ki,  Balabəyov Ramil Ruslan oğlu 21 fevral 2001-ci ildə Qusar rayonun Köhnə Xudat kəndində anadan oub.Yaşasaydı, Ramilin 21 fevralda 20 yaşı tamam  olacaqdı.Vətən müharibəsi başlayanda Ramil müddətli hərbi xidmətdə idi.

Cəbhə bölgəsində hərbi qulluqda olan R. Balabəyov döyüşlərə ilk qatılan hərbçilər sırasında olub. Ramil Balabəyov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi şücaətlərinə görə "Vətən uğrunda " medal ilə təltif edilib