YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı Saatlı rayon təşkilatının fəalları şəhid Elgiz Mehtiyevin ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının fəalları tərəfindən Vətən Müharibəsində şəhid olmuş Saatlı rayonunun Bəylər kəndindən olan Mehtiyev Elgiz Şahin oğlunun ailəsini ziyarət olunub.

Görüşdə bildirilib ki, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərmək hər birimizin müqəddəs borcudur.

 Görüşdə şəhid Elgiz Mehtiyevin əziz xatirəsi yad olunub, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparılıb.

Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.