YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zərdab rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərini davam etdirir.

Aksiya çərçivəsində YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova və təşkilatın bir qrup fəal üzvləri Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış rayonun Gəlmə kəndindən olan mayor Hüseynov Rəhim Qədir oğlunun ailəsini ziyarət ediblər.

Təşkilatın sədri P. Mahmudova şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, qəhrəman oğul böyütdüklərinə görə valideynlərə təşəkkür edib. Bildirilib ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Həmçinin şəhidin ailəsinə ərzaq yardımı edilib.

Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib.

Qedy edək ki, şəhid Rəhim Hüseynov Fizuli rayonu uğrunda gedən döyüşlərdə həlak olmuş və İkinci Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.