YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının fəalları şəhid İkram Səmidovun ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının fəalları Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Saatlı rayonunun Əlisoltanlı kəndindən olan Səmidov İkram Şirvan oğlunun məzarını ziyarət ediblər.

Həmçinin şəhidin  ailəsi ziyarət edən təşkilat nümayəndələri ailənin qayğıları ilə maraqlanıblar.

Ziyarət zamanı qeyd olunub ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən Şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaq.