YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatı şəhid ailələri və qazilərlə növbəti görüşünü keçirib

YAP Şəmkir rayon təşkilatı şəhid ailələri və qazilərlə növbəti görüşünü keçirib.

Belə ki, rayon təşkilatın nümayəndələri Vətən müharibəsində Şəmkir rayonunun Təzəkənd, Düzqışlaq, S.Vurğun kəndlərində və Kür qəsəbəsində şəhid ailələrini, qaziləri ziyarət ediblər.

Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Bu tarixi Qələbə və Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaq.

Təşkilat sədri deyib ki, hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin şəhidlərinə onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır.

Onun sözlərinə görə, şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatımızın xüsusi diqqət mərkəzindədir və partiyanın bütün strukturları davamlı aksiyalara şəhid ailələri və qazilərlə görüşlərdə fəal iştirak edirlər və bundan sonra da edəcəklər.

Görüşlər zamanı Şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.