YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının fəalları şəhid ailəsini ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının fəalları Vətən Müharibəsi şəhidi Eissavi Muhammad Mazen oğlunun ailəsini ziyarət ediblər.

Şəhidin ailəsinə təşkilat tərəfindən Anım Lövhəsi təqdim olunub. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını vurğulayıb.

Şəhidin ailə üzvləri dövlət və xalqımız tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.

YAP Suraxanı rayon təşkilatının fəalları və şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət ediblər.