YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycan dövlətinin daxili siyasətinin təməlində insan amili dayanır

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclasında Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb.

Əli Həsənov bildirib ki, bu gün bizi təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin başlanmasından 20 il ayırır. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasından sonra 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumunun keçirildiyini xatırladan Prezident Administrasiyasının şöbə müdiri həmin dövrdən başlayaraq müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan gənclərinin forumlarının uğurla keçirildiyini vurğulayan Əli Həsənov bildirib ki, bu, dövlət gənclər siyasətinin həyata keçirilməsinin dinamik şəkildə davam etdirilməsini göstərir.

Prezident Administrasiyasının şöbə müdiri bu siyasətin uğurla davam etdirilməsi nəticəsində “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)”, “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət proqramlarının qəbul edildiyini, 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunduğunu, Gənclər Evinin, Gənclər Fondunun yaradıldığını diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan dövləti nəinki özünün siyasətində gənclərə üstünlük verir, bu istiqamətdə siyasəti prioritet fəaliyyət kimi, gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir.

Azərbaycan dövlətinin daxili siyasətinin təməlində insan amilinin, onun da əsasında isə gənclərin durduğunu bildirən Əli Həsənov Strategiyanın gənclər təşkilatları tərəfindən diqqətlə təhlil olunmasının, bu sənədin əsasında müxtəlif sahələr, qruplar üzrə proqramların hazırlanmasının vacibliyini bildirib.