YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri böyük sürətlə aparılır

“Bu gün Azərbaycan cəmiyyəti torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın edildi. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Ramin Məmmədov qeyd edib ki, İkinci Qarabağ müharibəsində dövlətimizin möhtəşəm Qələbəsini şərtləndirən bir sıra mühüm amillər var. Ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ölkəmizin beynəlxalq müstəvidə imicini daha da gücləndirib. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan xarici siyasətində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərində bərabərhüquqlu tərəfdaşlığa və beynəlxalq hüquqa istinad edir.

Millət vəkilinin sözlərinə görə, son 17 il ərzində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Digər vacib bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 17 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni, 17 il ərzində Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Məhz düşünülmüş və uzaqgörən siyasət nəticəsində 1990-cı illərin əvvəlində AXC-Müsavat cütlüyündən bizə miras qalmış işğal faktı 44 günlük Vətən müharibəsi ilə aradan qalxdı.  

Millət vəkili Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva növbəti dəfə işğaldan azad edilmiş ərazilərə -Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfərə toxunaraq söyləyib ki, bu səfər azad olunmuş torpaqlarımıza böyük qayıdışın ifadəsidir. Artıq Laçın rayonunda ilk infrastrukurun açılışı baş verdi. Bu o deməkdir ki, həmin ərazilərdə quruculuq işləri böyük sürətlə aparılacaq.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev səfər zamanı bir daha mühüm bəyanatlar verdi və qeyd etdi ki, biz daim bu torpaqlarda yaşayacağıq. Dövlətimizin başçısının fikirləri Ermənistan və onun havadarları üçün də ciddi mesajdır.

Deputat qeyd edib ki, tarixdən ibrət dərsi götürməliyik və gələcəkdə belə faciələri yaşamamaq üçün işğal tarixini unutmamalıyıq: “Dövlət başçısının qeyd etdiyi kimi, 1990-cı illərin əvvəlində torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasının başlıca səbəblərindən biri respublikamızdakı qeyri-sabirlik, xaos və hakimiyyət uğrunda mübariz idi. Bu gün radikal müxalifət Azərbaycanın xalqının qazandığı möhtəşəm zəfəriin əhəmiyyətini kiçiltməyə çalışırlar. Amma hər kəsə məlum olan faktdır ki, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsi olub. Amma Vətən müharibəsində biz bu torpaqları düşməndən azad etdik. Müzəffər Ali Baş Komandanımız fevralın 14-də işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda oldu. Biz artıq tarixi torpaqlarımıza qayıtmışıq. Bu qalibiyyətin əsas səbəbkarı Ali Baş Komandan, Prezident İlham Əliyev və qəhrəman Azərbaycan Ordusudur. Eyni zamanda, milli birliymiz və həmrəyliyimiz qələbəmizdə mühüm rol oynadı. Ona görə də, radikal müxalifət heç bir halda, qələbəmizə kölgə sala bilməyəcək”.