YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Kərimli: İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri bütövlükdə regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri, dövlətimizin başçısının iştirakı ilə gerçəkləşən açılış və təməlqoyma mərasimləri, təkcə ölkəmizin deyil, bütövlükdə regionun gələcəyi, inkişafı üçün mühüm strateji əhəmiyyət daşıyır”. Bu fikirləri Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı  Azər Kərimli deyib.

Azər Kərimli bildirib ki, səfər çərçivəsində Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlin qoyulması Azərbaycanla Türkiyə arasında ikinci dəmir yolu əlaqəsinin yaranması, dəmir yolu xətlərinin diversifikasiyası baxımından olduqca önəmlidir. Bütün digər istiqamətlərdə olduğu kimi, nəqliyyat dəhlizlərində də alternativlərin olması həm iqtisadi imkanların və əlaqələrin genişlənməsi, həm də təhlükəsizlik baxımından vacibdir. Digət tərəfdən, Ermənistan üzərindən Naxçıvana, oradan isə Türkiyə ərazisinə keçəcək dəmir yolu xətti məsafənin qısa olması səbəbindən, iqtisadi səmərəliliyi artıracaq, yükdaşınmalarında vaxt itkisinin qarşısnı alacaq.

 Millət vəkilinin sözlərinə görə, işğaldan azad edilmiş rayonlarımızda həyata keçirilən layihələrin yaratdığı təəssürat, Prezident İlham Əliyevin Qarabağı regionun, subregionun logistik mərkəzinə çevirmək niyyətindən xəbər verir. Cənab Prezident Azərbaycan torpaqlarının azad edilməsi prosesini uzunmüddətli strateji bir plan əsasında gerçəkləşdirdiyi kimi, bu ərazilərin inkişafına da uzaq hədəflərə yönəlmiş geostrateji baxış bucağından yanaşır. Füzuli rayonunda beynəlxalq hava limanının inşasını, çəkilən və çəkilməsi nəzərdə tutulan yeni avtomobil yollarını da nəzərə alsaq, yaxın gələcəkdə Qarabağın nəhəng bir ərazinin nəqliyyat habına çevriləcəyini söyləyə bilərik. Prezident İlham Əliyev “Qarabağı cənnətə çevirəcəyik” deyəndə, sadəcə işğaldan azad edilmiş ərazilərimizin bərpasını, həyata keçiriləcək abadlıq-quruculuq işlərini nəzərdə tutmur. Dövlət başçımız daha uzaq hədəfləri, Qarabağın iqtisadi inkişaf, biznes cənnətinə çevriləcəyini, burada insanların yaşaması və fəaliyyət göstərməsi üçün ideal imkanların yaradılmasını nişan verir.

Deputat,  Prezident İlham Əliyev tərəfindən Qarabağın yaşıl zona elan edildiyini, burada yalnız bərpa olunan enerji mənbələrindən istifadə ediləcəyini xatırladıb. “Bu isə sözün birbaşa və əsl mənasında ekoloji cənnət deməkdir ki, bu da öz növbəsində bölgənin turizm potensialını artıracaq, investisiya axınına imkan yaradacaq”,-deyə A.Kərimli vurğulayıb.

Azər Kərimli ölkəmiz üçün strateji əhəmiyyətə malik olan Laçın rayonunda Azərbaycan bayrağının ucaldılmasına da diqqət çəkib: “Bu hər kəs üçün, xüsusilə də Ermənistandakı revanşçı qüvvələr üçün ciddi mesajdır. 44 günlük müharibənin nəticələri Ermənistan və ermənilər üçün ciddi dərs olmalıdır. Azərbaycan Ordusu Ermənistanın hərbi potensialını darmadağın edib və ölkəmiz müharibədən daha güclü çıxıb. Ermənistanın öz hərbi potensialını bərpa etməsinə, bu ölkənin indiki iqtisadi durumunu nəzərə alsaq, onillərlə vaxt lazımdır. Bu baxımdan, istənilən təxribat Ermənistan üçün intihara bərabər olacaq”.