YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zərdab rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə Zərdab rayonunda silsilə tədbirlər keçirilir. Belə ki,Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının  bir qrup üzvü Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Alıcanlı kəndindən olan Vəlizadə Faiq Bayram oğlunun və Hüseynxanlı kəndindən olan Abbasov Ağaqardaş İlham oğlunun ailəsini ziyarət ediblər.

YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını vurğulayıb.

Ziyarət zamanı şəhid ailələrinə maddi dəstək göstərilib.

Şəhid ailələrinin üzvləri dövlət və xalqımız tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, şəhid övladlarının qanlarının yerdə qalmaması, ordumuzun xalqımıza qələbə sevinci yaşatmasına görə cənab Prezidentimizə təşəkkürlərini çatdırıblar.