YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, bu il fevralın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.