YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Rusiya arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Fevralın 4-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biri olan Azərbaycan Respublikası ilə qonşuluq əlaqələrindən söz açan rusiyalı qonaq ölkəmizdə müşahidə etdiyi müasir gömrük xidməti sistemindən və onun yüksək texniki təchizatından məmnunluqla danışıb.
Söhbət zamanı görülən işlərlə yanaşı, gələcəkdə səmərəli əməkdaşlıq imkanları, kadr hazırlığı, informasiya mübadiləsi, statistikanın formalaşdırılması və s. məsələlər müzakirə edilib. Azərbaycan və Rusiyanın sərhədyanı gömrük məntəqələri arasında qarşılıqlı faydalı əlaqələrə dair, xüsusən məişət və sənaye mallarının, ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı sahəsində səmərəli əməkdaşlığın zəruriliyi barədə ətraflı söhbət aparılıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlərə dair geniş fikir mübadiləsi olub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev görüşdə iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv