YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda sonuncu kursu keçirdi

Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan  Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda sonuncu kursu keçirdi.

Kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov ölkəmizdə həyata keçirilən enerji və təhlükəsizlik siyasəti ilə bağlı fikirlərini bildirib.

Sonra Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məruzəçi qismində çıxış edib. Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrildiyini deyən Sadiq Qurbanov bildirib ki, ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Hazırkı və perspektivləşən vəziyyət qlobal enerji balansında baş verən təkamüllü dəyişikliklərin nəticələrinə işartılı görüntülər gətirir. Bu təbəddülatlar müasir dünya energetikasının yeni inkişaf mərhələsinə daxil olduğunu yəqinləşdirərək, onun həyatımızın sosial-iqtisadi sferasına yönələn təsir effektinin bir daha nəzərdən qaçırılmamasını labüd edir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan regionda siyasi və iqtisadi əməkdaşlığın yaradılmasında və inkişafında təşəbbüskar ölkədir. Azərbaycan artıq dünyada söz sahibi olan ölkədir, Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir. Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində müasir qlobal çağırışların tələbləri ölkəmizdə təmin edilir. Bu gün dünyanı maraqlandıran bərpaolunan alternativ enerji istehsal etmək üçün də respublikamızda münbit şərait var. Biz gələcəkdə bu enerji layihələri ilə də çox ölkələri qabaqlayacağıq.

Daha sonra kurs iştirakçılarının sualları cavablandırılıb.