YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşad Cəbrayılov: Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində yüksək diqqət göstərilir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu istiqamətdə verilən qərarlar, imzalanan sərəncamlar şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğının təzahürüdür”. Bu fikirləri YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib.

R.Cəbrayılov qeyd edib ki, dövlət başçısının imzaladığı növbəti  sərəncam 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.

 “Qeyd etmək lazımdır ki, dövlətimiz hər zaman şəhid ailələrinin və müharibə əlillərinin problemlərini, reabilitasiyasını və digər məsələləri diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, ötən il bu kateqoriyadan olan insanlara 1500-dən yuxarı fərdi ev və mənzil verilib. Atılan bu addımlar bir daha Azərbaycan dövlətinin, ölkə Prezidentinin vətəndaşlara göstərdiyi diqqətin, onların sosial problemlərinin həlli istiqamətində atdığı addımların əməli sübutudur. Ölkə başçısı hər zaman bildirib ki, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Başqa sözlə, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır. Bu gün vətəndaşların sosial problemlərinin həlli ilə bağlı mütəmadi addımların atılması hər bir azərbaycanlını qürurlandırır. Azərbaycan dövləti bununla bir daha sübut edir ki, Vətən uğrunda canından keçmiş vətəndaşların ailələri məhz dövlətin qayğısı altındadırlar”,-deyə təşkilat sədri vurğulayıb.