YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının kollektivi "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüş keçirib

YAP Qusar rayon təşkilatının kollektivi "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində rayonunu Uqur kəndində böyüyüb boya-başa çatmış, erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış Əlimuradov Orxan Roman oğlunun ailəsini ziyarət edib.

Şəhidin atası Roman Əlimuradov bildirib ki, canını Vətən uğrunda fəda atmış oğlu ilə fəxr edir. Orxanın böyük qardaşı Cəmil də Vətən müharibəsinin iştirakçısıdır, hazırda hərbi xidmətini davam etdirir.

Orxan Əlimuradov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə " Vətən uğrunda "medalı ilə təltif edilib.

Təşkilat üzvləri həmçinin rayonun Mucuq kəndində Vətən müharibəsinin iştirakçıları Kübərov Ruslan Osman oğlu və Nurmətov Radik Nurmət oğlu ilə də görüşüblər. DİN-nin xüsusi təyinatların giziri, "Şuşanın azad olunmasına görə" və "Şücaətə görə" medallarına layıq görülmüş Kübərov Ruslan Osman oğluna 2 fevral Gənclər Günü münasibəti ilə təşkilat tərəfindən təltif olunduğu Fəxri Fərman təqdim olunub. Ruslan Kübərov ağır döyüşlərdə ayağından yaralanmış və hazırda müalicəsini davam etdirir.

Qarabağ uğrunda sağ gözünü itirmiş, tankçı, 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni ilə təltif olunmuş, baş leytenant Nurmətov Radik Nurmət oğlu Vətən müharibəsində əsgərlərimizin  göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Təşkilatın sədri David İbramxəlilov görüşlərdə ölkəmizdə şəhid ailələrinə və Vətən müharıbəsi iştirakçılarına həmişə qayğı göstərildiyini və onların ən yüksək etimada layıq olduğunu bildirıb.

Qeyd edək ki, şəhid ailələrinə və müharibə iştirakçılarına maddi yardım edilib.