YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatının nümayəndələri şəhid Müşfiq İbrahimovun ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı şəhid ailələri ilə görüşlərini davam etdirir.

Fevralın 3-də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan İbrahimov Müşfiq Nəbi oğlunun ailəsini ziyarət ediblər. Şəhid ailəsinin vəziyyəti ilə maraqlanaraq, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib, işə ehtiyacı olan ailə üzvü işlə təmin edilib və maddi yardım olunub.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan M.İbrahimovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Qeyd olunub ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan Ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, İbrahimov Müşfiq Nəbi oğlu 11.01.1995-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dünyaya gəlib. Sabunçu rayonu 69 saylı tam orta məktəbdə təhsil alan M.İbrahimov 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanaraq Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” və “Füzulinin azad edilməsi uğrunda” medalları ilə təltif olunub.

 

DİGƏR Xəbərlər Arxiv