YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Beynəlxalq təşkilatların qətiyyət göstərməmələri təəssüf doğurur

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumların ikili standartları hələ də davam edir». Bu fikri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, beynəlxalq təşkilatların bu məsələdə qətiyyət göstərməmələri təəssüf doğurur. Onun sözlərinə görə, münaqişə tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həll olunmalıdır.

«Münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti həll edilməlidir. Biz bu istiqamətdə beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır, biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik. Ona görə də, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır»- deyə, B.Səfərov vurğulayıb.