YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: İƏT Parlament İttifaqının toplantısı çərçivəsində Azərbaycan həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb

«İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının bugünlərdə İstanbul şəhərində keçirilən tədbiri əhəmiyyətli oldu. Azərbaycan nümayəndə heyəti toplantı çərçivəsində müzakirə olunan məsələlərə fəal münasibət bildirdi». Bu fikri Azərbaycanın İƏT Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri, AMEA- nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, tədbir çərçivəsində Azərbaycan həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Onun sözlərinə görə, İƏT Parlament İttifaqı çərçivəsində müsəlman qadın parlamentarilərinin IV Forumu keçirilib.

«Forumda mən də çıxış etdim və Azərbaycanda dövlət səviyyəsində ailə, qadın və uşaq siyasətindən, qadın hüquqlarından, ölkəmizdə qadınların inkişafı üçün yaradılmış hərtərəfli şəraitdən bəhs etdim. Bununla belə, qeyd etdim ki, Azərbaycan qadınlarının böyük bir qisminin iyirmi ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir, ata-baba torpaqlarını tərk etməyə məcbur olub, hazırda qaçqın-köçkün vəziyyətində yaşayırlar. Müharibənin gətirdiyi bütün fəlakətlər onlara təsir edib. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarları təəssüf ki, icra olunmayıb. Ermənistan, sadəcə olaraq, danışıqlar prosesində imitasiya taktikasını seçib, o sülh istəmir. Ona görə də, işğalçı dövlətə təzyiq göstərilməlidir. O məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın»- deyə, G.Baxşəliyeva vurğulayıb.