YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə gənclərlə videokonfrans formatında görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının baş məsləhətçisi Anar Şahmuradov təşkilatının yaranma tarixi haqqında məlumat verib.

Sonra çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov rayon təşkilatının yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıb, partiyanın ölkəmizin və xalqımızın həyatındakı rolundan danışıb.

 44 günlük Vətən müharibəsi və əldə etdiyimiz parlaq Zəfərin ölkəmizdə yeni reallıqlar yaratdığını qeyd edən Cavid Osmanov əldə olunan uğurların Partiyamızın Sədri, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi uğurlu və düşünülmüş siyasətin nəticəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan Vətən müharibəsindən qalib ayrılmaqla özünün gücünü və imkanlarını nümayiş etdirdi, Cənubi Qafqazda lider dövlət kimi 44 günlük müharibədən sonra regionun həqiqətən əsl söz sahibi, təkrarsız lideri statusunu daha da gücləndirdi. İşğaldan azad edilən ərazilərdə artıq böyük quruculuq işlərinə başlanıldığını və bu işlərdə ölkə gənclərinin də üzərinə böyük vəzifələrin düşdüyünü bildirən Cavid Osmanov ağdaşlı gənclərin də həyata keçirilən tədbirlərin təbliğ edilməsində xüsusi fəallıq göstərəcəklərinə ümidvar olduğunu qeyd edib. Hər zaman olduğu kimi yenə də anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qara piar aparmaq cəhdlərinin hələ də qaldığına diqqət çəkən Cavid Osmanov ağdaşlı gənclərin həmin dairələrə qarşı barışmaz mövqedə olmaqlarının vacibliyi haqqında da söhbət açıb.

Sonra YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli və Ağdaş rayon Gənclər və İdaman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək ağdaşlı gənclərin rayonun ictimai-siyasi həyatındakı fəaliyyətindən bəhs ediblər.

Tədbirdə çıxış edən fəal gənclər partiyamızın ölkəmizin siyasi həyatındakı rolundan, Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik hisslərindən bəhs ediblər.