YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa qəzeti son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranan gərginlikdən yazıb

Fransanın “Le Croix“ qəzetində son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranan gərginlikdən bəhs edən “Dağlıq Qarabağda Azərbaycan ilə Ermənistan arasında atəşkəs tez-tez pozulur“ sərlövhəli məqalə dərc olunub.
Məqalədə ATƏT-in Qafqazın iki ölkəsi arasında son vaxtlar gərginliyin artmasından narahat olduğu diqqətə çatdırılıb.
Hər gün tərəflər arasında atəşkəs rejiminin pozulduğu qeyd edilən məqalədə bu atışmalar nəticəsində təmas xəttində hərbiçilərin həlak olduğu bildirilib.
Azərbaycanın əzəl torpağı olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini xatırladan müəllif Olivye Tale 1988-1994-cü illərdə gedən döyüşlərdə 30 min insanın həlak olduğu, bir milyondan artıq azərbaycanlının erməni hərbi birləşmələri tərəfindən silah gücünə doğma yurdlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkün kimi yaşadıqları barədə fransız oxucularına məlumat verib.
Məqalədə bir çox müşahidəçiyə istinadla ötən ilin yayında qoşunların təmas xəttində gərginliyin görünməmiş həddə çatdığı qeyd olunub. Fransa Siyasi Elmlər İnstitutunun Qafqaz üzrə mütəxəssisinin söylədiyi “vəziyyət həddindən artıq ağırdır“ fikri məqalədə yer alıb.
Yazıda ATƏT-in atəşkəsə əməl olunmadığı təqdirdə bölgədə yenidən müharibə təhlükəsinin yaranmasından narahatlıq keçirdiyi xüsusi vurğulanıb.
Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilən görüşdə münaqişənin sülh yolu ilə həllinə dair öhdəliklərə hörmət edilməsi haqqında çağırışların səsləndirilməsi məqalədə öz əksini tapıb.