YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hindistan Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına önəm verir

Hindistan Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına önəm verir. Ölkələrimiz arasında tarixi dostluq münasibətləri mövcuddur. Bizim hələ Sovet İttifaqı zamanında da yaxşı münasibətlərimiz olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə əlaqələrimiz daha da inkişaf etməyə başlayıb.
Bu fikirləri AzərTAc-a müsahibəsində Hindistanın ölkəmizdəki səfiri Vinod Kumar deyib.
Səfir bildirib ki, hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri həyata keçirilir ki, bu da əlaqələrimizin genişlənməsinə təkan verir. Xalqlarımız bir-birinin tarixini, mədəniyyətini öyrənməkdə maraqlıdır. Bakıda Hindistanla bağlı təşkil edilmiş sərgiyə gələn iştirakçıların sayının çoxluğu Azərbaycanda insanların bu ölkəyə nə qədər böyük marağı olduğunu sübut etdi.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşdiyini deyən səfir son üç il ərzində ticarət dövriyyəsinin bir neçə dəfə artdığını diqqətə çatdırıb. O bildirib ki, hazırda Azərbaycanda Hindistanın bir çox şirkətləri fəaliyyət göstərir. Bu baxımdan ONGC şirkətini xüsusi qeyd etmək olar. Ölkənin milli qaz şirkəti də Azərbaycana gəlməyə hazırlaşır. Səfir inandığını bildirib ki, gələcəkdə münasibətlərimiz daha da möhkəmlənəcək.
Artıq Bakıda səfir kimi səlahiyyət müddətinin başa çatdığını söyləyən Vinod Kumar ölkəmizdən xoş təəssüratla ayrıldığını qeyd edib və Azərbaycanda onun fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.