Xəbərlər
Ukraynada Birinci Avropa Oyunlarına dəstək tədbirləri keçirilir
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyinin (EEASA) təşəbbüsü ilə Ukraynanın bir neçə şəhərində “Sev, qoru və tolerant yaşa!” layihəsi çərçivəsində tədbirlər keçirilib.
Tədbirlər bu il Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarına dəstək məqsədi daşıyır.
Bəzi iştirakçılar tədbir çərçivəsində buzlu suda üzgüçülük yarışı təşkil ediblər. Yerli sakinlərə müvafiq informasiya bukletləri paylanıb.