YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Robert Sekuta Azərbaycana fevralın 12-də gələcək

ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Robert Sekuta Azərbaycana fevralın 12-də gələcək.

Bu barəfə səfir özü "twitter" şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.