YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Hacıyev: Ölkədə gənclərin inkişafına xüsusi diqqət yetirilir

«Ölkədə gənclərin inkişafına  xüsusi diqqət  yetirilir». Bu fikri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

F.Hacıyev bildirib ki, Azərbaycanda 2 fevral Gənclər Gününün  xüsusi qeyd olunması gənclərimizə verilən dəyəri göstərir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev ikinci dəfə respublikada hakimiyyətə gəldikdən sonra ilk yaratdığı dövlət qurumu Gənclər və İdman Nazirliyi olub.

«Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət qayğısının nəticəsidir ki, gənclərimiz bütün sahələr üzrə böyük uğurlar qazanırlar. Bu uğurların davamlı olacağına əminik»- deyə, F.Hacıyev qeyd edib.