YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir nəşri Prezident İlham Əliyevin müşavirədəki çıxışından əsas məqamları yayıb

Misirin “Əl Masr Əl Youm” nəşri Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki giriş nitqində Ermənistanla müharibədən sonra erməni diversantların təxribatı və Azərbaycanın onlara qarşı humanistlik nümayiş etdirməsi ilə bağlı söylədiyi fikirləri yayıb.

Xəbərdə Xocalı soyqırımı kimi cinayətlər edən ermənilərin mülki əhaliyə qarşı qırğınlar törətdiyi, Azərbaycan Ordusunun isə azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları məhv etmədiyi, əsir götürdüyü barədə Azərbaycan Prezidentinin sözləri vurğulanıb. Əlavə edilib ki, Prezident İlham Əliyev qan tökülməməsi, erməni diversantların əsir götürülməsi barədə tapşırıq verdiyini və bunun Azərbaycanın humanist mahiyyətini göstərdiyini söyləyib.

Xəbərdə qeyd edilib ki, Ermənistanın bu humanistliyi düzgün qiymətləndirməli olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”.