YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycanın multikulturalizm təcrübəsinin təşviq edilməsi ilə bağlı çox geniş planları var

«Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycanın multikulturalizm təcrübəsinin təşviq edilməsi ilə bağlı çox geniş planları var». Bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, Mərkəz xarici ölkələrdəki universitetlərdə, müxtəlif qurumlarda Azərbaycan multikultural təcrübəsini öyrənmək, təhlil və təşviq etmək kimi bir sıra məsələləri qarşısına məqsəd qoyub. Onun fikrincə, müxtəlif dünya, eyni zamanda, Azərbaycan universitetlərində, qurumlarında multikulturalizmin Azərbaycan təcrübəsini təqdim edilə  biləcək.

«Əgər, dünya ictimaiyyəti Azərbaycan multikulturalizmindən xəbərdar olub, bu təcrübəni öyrənsəydilər, bəlkə də Avropa ölkələrinin başına son zamanlar şahidi olduğumuz bəlalar gəlməzdi. Xarici ölkələrdən gələn qonaqlar, bu barədə məlumatı olanlar Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bir-birinə olan münasibətini gördükdə təəccüb edirlər. Bu, məmnunluqdan doğan təəccübdür. Onlar tez-tez sual verirlər ki, necə olur Azərbaycanda müsəlman dini lideri ilə katolik, pravoslav, yəhudi dini liderləri bir-birilə mehriban münasibətdə yaşayırlar? Əslində bu sualın cavabı var. Cavab oldur ki, Prezident İlham Əliyev bütün bu dini konfessiyalara, milli-dini icmaların nümayəndələrinə eyni gözlə, bərabər münasibətlə yanaşır. Onlar da bir-birinə münasibətini bu siyasi bərabərhüquqluluğun əsasında qura bilirlər»- deyə, dövlət müşaviri vurğulayıb.